
Cəmiyyət
14-01-2021, 11:42
203
Ermənilərin Şuşada dağıtdığı tarixi abidələr - FOTO
Ekspert əlavə edib ki, erməniləşdirmə konsepsiyanın reallaşması üçün Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilmişdi. Bu məqsədlə son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evlərin "bərpa" üçün hazırlanmasını təmin etmişdilər. Ermənistanın Maarif və Elm Nazirliyində daha sonra Nazirlər Kabinetində bu konsepsiya və layihələrə baxılaraq bəyənilmiş, Hökumət tərəfindən Şuşa şəhərini dünya ermənilərinin Dini və Mədəniyyət mərkəzlərinə çevirmək üçün layihələrə Ermənistan Hökuməti Dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılırdı. (Trend)