Cəmiyyət
9-02-2021, 15:04
303
“Azərsu” 1 il əvvəl yaranan şirkətlə 768128 manatlıq müqavilə bağladı
Qaynarinfo xatırladır ki, sözugedən tender musabiqəsi bu il yanvarın 7-də keçirilib. Açıq tenderin qalibi İRZS MOTORS MMC olub. "Azərsu” qalib şirkətə 768 min 128 manat ödəyəcək.
Tenderin şərtlərinə görə, 1 ədəd Yanacaq nasosu - "CASE 580T" markalı buldozerin yüksək təzyiqli yanacaq nasosun gövdəsinin dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri "Reno Truks" markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması, 12 ədəd yanacaq püskürücüləri - "Reno Truks" markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri - "Reno Truks" markalı avtomobilin yanacaq püskürücüsün klapan dəsti dəyişilməsi, 6 ədəd yanacaq püskürücüləri - "Reno Truks" markalı avtomobilinin yanacaq püskürücüsün əsaslı təmir olunması, 8 ədəd yanacaq püskürücüləri - "İsuzu NPR8" markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması və 8 ədəd yanacaq püskürücüləri - "İsuzu NPR8" markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi - alınacaq.
Qeyd edək ki, satınalma müqaviləsi bağlanan şirkət "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə cavab vermir. Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 1 il əvvəl yaranan bu şirkətin qanunda göstərilən təcrübəyə malik olması şübhəlidir. Qanunun 6.2.6. bəndinə görə, şirkətin 5 illik təcrübəsi olmalıdır.
100 manat nizamnamə kapitalına malik İRZS MOTORS MMC 2020-ci ilin yanvarın 8-də yaradılıb. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ YOLU -2, ev 36, m. 69-dur, qanunu təmsilçisi isə Zeynalov Rüfət İsrafil oğludur.
Şirkət indiyə kimi dövlət satınalmalarında iştirak etməyib. İnternet resurslarında İRZS MOTORS MMC ilə bağlı məlumatlar yalnız iş elanlarından ibarətdir.
Orxan Həsənli