Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
10-02-2021, 09:25
239

Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?

“Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərclənib”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı eksspert Qubad İbadoğlu deyib. O, bildirib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna 2008-ci ildə istifadəyə veriləndə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər pul ayrılıb:
“Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsinə 360,6 milyon manat (460 milyon dollar)
Metronun Gənclik stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar, bu məbləğə 2013-cü ilin rəqəmi daxil deyil)
Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) ayrılıb”.
Q. İbadoğlu qeyd edib ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənir.

Oxşar xəbərlər