Vaqif Mustafayevin "Sadə Həqiqətlər" verilişi bağlandı
10-02-2021, 10:46
177

Vaqif Mustafayevin "Sadə Həqiqətlər" verilişi bağlandı

Space Televiziyasının sabiq rəhbəri, kinorejissor Vaqif Mustafayevin daha bir layihəsinin yayımı dayandırılıb.
V.Mustafayevin müəllifi olduğu "Sadə Həqiqətlər" verilişi Space kanalında yayımlanmayacaq. Kinorejissorun son verilişinin qonağı millət vəkili Fazil Mustafa olub. V.Mustafayevin Space Televiziyasının rəhbəri vəzifəsindən azad olunmasından sonra çəkilən həmin veriliş də efirə verilməyib.
Qeyd edək ki, "Sadə Həqiqətlər" verilişi hər həftənin cümə günü saat 22:00-da Space Televiziyasında yayımlanırdı.

Oxşar xəbərlər