Azərbaycan və Türkiyə tankçıları birgə təlim keçir - Video
10-02-2021, 13:04
245

Azərbaycan və Türkiyə tankçıları birgə təlim keçir - Video

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlimlərin sabah keçiriləcək mərhələsində jurnalistlər də iştirak edəcək. KİV nümayəndələri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Ankaradan Qarsa gətirilib”, - məlumatda bildirilib. (Axar.az)
 

Oxşar xəbərlər