Məktəb direktoru qəfil dünyasını dəyişdi
15-02-2021, 10:28
179

Məktəb direktoru qəfil dünyasını dəyişdi

Göyçay rayonunda məktəb direktoru dünyasını dəyişib.
APA bildirir ki, Göyçay şəhər 8 saylı tam orta məktəbin direktoru, 1977-ci il təvəllüdlü Usubəliyev Ceyhun Ramiz oğlu dünən qəfildən dünyasını dəyişib. Onun Göyçay şəhərinin RTS adlanan ərazisindəki beşmərtəbəli binadan iki gün öncə aldığı mənzildə ürəktutması səbəbindən öldüyü bildirilir.
Ceyhun Usubəliyevin meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Oxşar xəbərlər