
Cəmiyyət
16-02-2021, 11:45
166
Ağstafa icra hakimiyyətində YENİ HƏBS TƏDARÜKÜ... - İDDİA
Ağstafa rayon icra başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova istintaqa çağırılıb. Reportyor.info-ya verilən xəbərə görə, L.Eyyubova həbs edilən sabiq başçı Nizaməddin Quliyevin işi üzrə dindirilir. İstintaqda sorğu-suala çəkilən L.Eyyubova rayondakı maliyyə yeyintiləri, rüşvət yığılması, sahibkarlardan xərac alınması barədə dindirilir. Xəbərlərə görə Lalə Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.