Cəmiyyət
17-02-2021, 12:28
195
Aynişan boşanmağından danışdı: “Güvənsizlik, yalan, nankorluq və xəyanət...“
Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bir müddətdir Türkiyədə səfərdədir.
Yenisabah.az xəbər verir ki, 29 yaşlı blogger ölkə xaricində olsa da, izləyiciləri ilə ünsiyyətini kəsməyib. O, sosial şəbəkə hesabında izləyicilərin ünvanladığı suallara cavab verib:
- Sizi sıxışdıran suallar verən insanlara qarşı münasibətiniz necədir?
- Məni kimsə sualları ilə sıxışdıra bilməz! İstəmədiyim suala cavab vermirəm.
- Türkiyədən nə vaxt dönəcəksiniz?
- Hələ ki buradayam.
- Hal-hazırda darıxdığınız kimsə varmı?
- O duyğu məndə artıq yoxdur.
- Pandemiya dövründə Türkiyəyə getməyə dəyərmi?
- Əgər sizin burada dost çevrəniz yoxdursa, gəlməyə dəyməz. Mən dostlarımı görmək üçün gəlmişəm.
- Hər nə olsa da, belə güclü olmağınızın səbəbi nədir?
- Güclü olmaq yaxşıdır, amma güclü olmaq üçün insan çox əziyyət çəkməli olur. Heç kim xoş günündən güclü olmur. Çətinlik bizi güclü edir. Kaş ki, hamı güclü deyil də xoşbəxt olsa...
- Sizcə, evlilik sevgini bitirir?
- Sevgini evlilik bitirmir. Sevgini güvənsizlik, yalanlar, nankorluq və xəyanət bitirir.
- Ana olmaq istəyirsinizmi?
- Mənə görə uşaq dünyaya gətirmək evlənmək qədər ciddi qərardır. Bir insanla evlənsən də, uşaq dünyaya gətirmək üçün tələsməməlisən.
- Ayrılan qadın qisas hissi ilə yaşayır?
- Ortada sevgi varsa, məncə, ola bilər. Əks halda heç vecinə də deyil.
- Açıq geyimə üstünlük verirsiniz? Buna necə baxırsınız?
- Mən sevirəm. Bədən quruluşu buna icazə verirsə, niyə də yox?! Amma vulqar geyimə qarşıyam. Nəyi harada geyinməyi bilmək çox önəmlidir.