Nazirlik 25 apteklə bağlı prokurorluğa müraciət etdi
17-02-2021, 14:10
164

Nazirlik 25 apteklə bağlı prokurorluğa müraciət etdi

Pandemiya dövründə vətəndaşlar tərəfindən tapılmayan dərman vasitələrilə bağlı ciddi araşdırmalar aparıldı. Hətta dərman istehsalçıları və idxalçıları ilə bağlı görüş keçirildi.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları” adlı onlayn konfransda bildirib.
M.Abbasbəyli qeyd edib ki, dərman siyasətilə bağlı şikayətlər üzrə 30 aptekdə araşdırma aparılıb:
“Pozuntu aşkar edilən 25 apteklə bağlı məlumatlar prokurorluq orqanlarına göndərilib”.

Oxşar xəbərlər