Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
17-02-2021, 16:48
249

Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI

"Ola bilər ki, əfv qərarı Novruz bayarımına çatmasın. Bu, müzakirələrin yekunlaşmasından asılı olacaq. Bu müraciətlərin hamısına baxılacaq. Müsbət və ya mənfi rəy verilməlidir".
Bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Fazil Mustafa Baku.ws-ə müsahibəsində bildirib.
O, əfvin müstəsna olaraq prezidentin səlahiyyətində olduğunu diqqətə çatdırıb:
"Ölkə başçısı vaxtaşırı fərman verməklə bu funksiyanı həyata keçirir. Bu məsələ bütövlükdə ciddi müzakirədən keçir. Çünki bu məsələdə insan taleyinə bağlı olan məsələdir. Əfv Komissiyası müzakirələrdən sonra məqsədəuyğun saydığı şəxslərin siyahısını prezidentə təqdim edir və onların bağışlanmasını tövsiyyə edir. Ölkə başçısı bu siyahı əsasında və ya siyahıdan kimlərisə istisna etməklə müvafiq qərar qəbul edir. Bundan sonra isə həmin şəxslər barəsində hüquqi prosedur başlayır. Hazırda əfv məsələsi müzakirə mərhələsindədir. Bu mərhələdə nəticələr hələ davam edir, çünki çox sayda müraciətlər var. Bu müraciətlərin hamısına baxılacaq. Müsbət və ya mənfi rəy verilməlidir. Daha sonra prezident tərəfindən müvafiq qərar qəbul ediləcək və kimlərin əfvə düşməsi məlum olacaq".
Millət vəkili Novruz bayramı ərəfəsində əfv olub-olmayacağına da münasibət bildirib:
"Ola bilər ki, əfv qərarı Novruz bayarımına çatmasın. Bu, müzakirələrin yekunlaşmasından asılı olacaq. Əfv Komissiyası ciddi şəkildə çalışır ki, mümkün qdər tez vaxta məsələləri həll etsin. Amma insanların sayı çox ola bilər. Buna görə müzakirələr uzana bilər və əfv Novruz bayramında olmaya bilər. Əfv olunacaq məhbusların sayı ilə bağlı təqribi rəqəmlər yoxdur. Müraciətlərə hissə-hissə baxılır. Amma konkret nə qədər rəqəmdir bununla bağlı bilgim yoxdur. Əfv olunmaq üçün insanlar Əfv Dövlət Komitəsinə müraciət etməlidir. Ya prezidentə, ya birinci vitse-prezidentə, ya da deputata müricət etməlidirlər. Müraciət daha sonra Əfv Komissiyasına yönləndirilir. Komissiya müvafiq qurumlara sorğu göndərir, onun haqqında materiallar toplayır. Penitensiar Xidmətdən sənədlər istənilir, orada həmin şəxsin davranışı, fəaliyyəti, həbsxanadakı qaydalara riayət edib-etməməsi sənəddə öz əskini tapır. Növbəti mərhələdə komissiyada məsələlər sistemləşdirilir, müzakirəyə çıxarlır və səsvermə ilə rəy verilir və bunun nəticəsində qərar qəbul olunur".
Deputat qeyd edib ki, amnistiya ilə bağlı hələlik hər hansı bir müraciət yoxdur:
"Amnistiya aktını Milli Məclis verir. Bu maddələr üzrə vətəndaşların həbs və azadlıqdan məhrumetmə və ya başqa cəza növündə olan vətəndaşlar üçün müəyyən azadlığa buraxılması, cəzasının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutula bilir. Bu, Milli Məclisin səlahiyyətlərinə daxil olan məsələdir".

Oxşar xəbərlər