Cəmiyyət
18-02-2021, 16:30
200
“10 dəqiqə ərzində 50 nəfəri yoluxdurar, heç kim də bilməz” - Murad Arif
“Toy məclisləri təhlükəli deyil, amma ictimai nəqliyyata qızdırmalı bir şəxs girib 10 dəqiqə ərzində 50 nəfəri yoluxdura bilər, heç kim də bilməz”.
Bu sözləri müğənni-bəstəkar Murad Arif deyib. Sənətçi ictimai nəqliyyatın şadlıq saraylarından daha çox virus yaydığını bildirib:
“Mən anlayıram ki, həyat mərhələli şəkildə geri qayıtmalıdır, amma o mərhələlərin özündə də bir məntiq olmalıdır. Mən hesab edirəm ki, toy məclisləri ictimai nəqliyyat qədər təhlükəli deyil. Məncə, idman zalları avtobuslar qədər qorxulu deyil. Böyük bir sektor dayanıb, nə qədər işçi qüvvəsi işsiz qalıb. Mən çox ümidvaram ki, bu məsələyə tezliklə müdaxilə olunar və bu öz həllini tapar. Əgər hər yer mərhələli şəkildə açılırsa, həmin yerlərin təhlükəsizliyindən başlamaq lazımdır. Məncə, insanlar yaxınlarının toy məclisinə əli-üzü təmiz, yeni libaslarda, kostyumlarda gələcəklər. Heç kəs əzizinin məclisinə qızdırmalı, xəstə vəziyyətdə gəlməz. Ağıllı insan özünü təcrid edər, ələlxüsus da bu bəladan xəbərdardırsa. Bu məntiqlə məclislər təhlükəli deyil, amma ictimai nəqliyyata qızdırmalı bir şəxs girib 10 dəqiqə ərzində 50 nəfəri yoluxdura bilər, heç kim də bilməz. Ona görə də ictimai nəqliyyat işləyirsə, idman zallarının, şadlıq saraylarının açılması problem olmamalıdır. İdman zalları insanlara motivasiya verir, sağlam edir, psixoloji dəstək olur”.
O, toyların keçirilməsinə icazə verilmədiyi üçün təkcə şou-biznes yox, digər peşə sahiblərinin də pulsuz qaldığını qeyd edib:
“Sənətçilərin maddi durumu məni narahat edən məsələ deyil. Onlar illərdir çalışırlar, halal pullarını qazanırlar. Onlar artıq öz güzəranlarını təmin ediblər. Lakin toy sektoru işləmisə, bu təkcə müğənnilərə problem olmur, müğənnilərin böyük bir musiqiçi heyəti var, xidmət personalı, həmin məkanların işçi heyəti, dekorçular, salonçular, təmir xidmətləri, ev alqı-satqı işçiləri də işsiz qalır. Azərbaycanın özünün mental iqtisadiyyatı var. Mental iqtisadiyyat dedikdə bütün Azərbaycanın toy etməklə xərcə girməyi nəzərdə tutulur. Buna baxmayaraq böyük bir sektorun fəaliyyətini dayandırıblar. Mən istəyərdim ki, tezliklə bu xəstəlik aradan götürülsün, yurdumun insanı xəstələnməsin”.