Nizami Səfərova yeni vəzifə verilir
19-02-2021, 10:52
175

Nizami Səfərova yeni vəzifə verilir

Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək.
Bununla bağlı “N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” sənəd parlamentin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 
Qeyd edək ki, N. Səfərov MM-nin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.  O, Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı  və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Oxşar xəbərlər