Cəmiyyət
23-02-2021, 17:21
181
Bakıda hava dəyişməyə başladı
Paytaxtda səhər saatlarından etibarən günəşli olan hava artıq dəyişməyə başlayıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi, 23 fevral tarixində axşama doğru hava şəraiti dəyişir.
Məlumatda bildirilmişdi ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.
Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.