Cəmiyyət
27-02-2021, 10:05
162
Şəhid polkovnik-leytenant Fəxri Xiyabanda dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib və onun nəşi tapılıb.
Mərhumun yaxınları bildirib ki, şəhidin nəşi artıq ailəyə təhvil verilib. O, Bakıda Fəxri Xiyabanda dəfn olunacaq. Hazırda o dəfn olunmaq üçün Bakı şəhərinə gətirilir.
Bildirək ki, 46 yaşlı zabitimiz Murovdağ istiqamətində, Ömər aşırımında oktyabrın əvvəllərində şəhid edilib.