Toylar bu şərtlə KEÇİRİLƏ BİLƏR - AÇIQLAMA
4-03-2021, 20:30
165

Toylar bu şərtlə KEÇİRİLƏ BİLƏR - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda martın 3- də koronavirusa 319 yeni yoluxma faktı qeydə alınıb. Ekspertlər hesab edir ki, yoluxma artan dinamika ilə davam edərsə, karantin rejiminin sərtləşdirilməsi gözləniləndir.

Təbii ki, bu da insanları ciddi şəkildə narahat edir. Çünki pandemiya səbəbindən bir çox insan toyunu təxirə salmaq məcburiyyətində qalıb.


İndi bu şəxsləri bir sual düşündürür. Toyların keçirilməsinə nə vaxt icazə veriləcək?

Məsələ ilə bağlı Sonxeber.az-ın suallarını cavablandıran AHİB- nin üzvü, həkim- cərrah Ədalət Rüstəm bildirib ki, sərtləşdirmə tədbirləri aparılmasa, yoluxmanın sayında artım olacaq:

"Ən azı Novruz bayramı və digər günlərdə karantin rejimini sərtləşdirmək lazımdır. Yoluxma sayı ikirəqəmliyə enənədək toyların keçirilməsi barədə düşünmək olmaz. Toyların keçirilməsi üçün bu rəqəm 30-50 nəfərədək enməlidir".

Həkim həmçinin bəzi məktəblərin bağlanması məsələsinə də münasibət bildirib:

"Hazırda məktəblərin bağlanmasının səbəbi yoluxmanın sayının artmasıdır. Yəni məktəblərin açılması virusun iki həftəlik gizli dövrünə təsadüf etdiyindən, rəqəmlərdə artım müşahidə olundu. Qeyd etdiyimiz kimi məhz bu artıma görə bəzi təhsil müəssisələri fəaliyyətini dayandırdı"

Oxşar xəbərlər