Ramiz Mehdiyevin kürəkəni YAP-dakı vəzifəsini itirə bilər
5-03-2021, 12:48
137

Ramiz Mehdiyevin kürəkəni YAP-dakı vəzifəsini itirə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasındakı vəzifəsini itirə bilər. 
İlham Əliyev YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvüdür. 
MNTK partiya sistemində mühüm qurumlardan hesab edilir. Nəzər alsaq ki, hazırda Ramiz Mehdiyevə münasibət o qədər də xoş deyil. Hətta onun özünün YAP-dakı təsir imkanlarını itirəcəyi bildirilirsə, o zaman kürəkəninin də sıravi üzvə çevriləcəyi şübhəsizdir.
Digər tərəfdən, İlham Əliyev yalnız Ramiz Mehdiyevin kürəkəni olduğuna görə deyil, həm də məşhur  “toy qalmaqalı”na görə də etimadını itirib.

Oxşar xəbərlər