Qərar qəbul edildi: 6 partiya YAP-a birləşdi - SİYAHI
5-03-2021, 13:15
130

Qərar qəbul edildi: 6 partiya YAP-a birləşdi - SİYAHI

Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) birləşib.
Bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.
YAP-a qoşulan partiyalar aşağıdakılardır:
1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır);
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Məmməd Məmmədov);
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur);
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova);
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur);
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur).

Oxşar xəbərlər