Başqa hansı partiyalar YAP-a birləşəcək? “Fərqli mövqelərdəyik“
5-03-2021, 14:21
143

Başqa hansı partiyalar YAP-a birləşəcək? “Fərqli mövqelərdəyik“

Azərbaycanda 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul edib. Partiyaların müraciətinə YAP-ın bu gün keçirilən VII qurultayında baxılıb.
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev açıqlamasında qeyd edib ki, YAP-a birləşmək barədə qərar verənlər fəaliyyət göstərməyən partiyalardır:
“Əslində, YAP-a birləşmək yaxşı qərardır. Siyasi təşkilatların təmərküzləşməsi müsbət haldır. Amma bu təmərküzləşmə seçki prosesindən sonra olmaldır. Güclü siyasi təşkilatlar səhnənin açıq tərəfində olur, digərləri isə ya sıradan çıxır, ya da birləşmək məcburiyyətində qalır. Təəssüf ki, Azərbaycanda indiyədək demokratik seçki keçirilmədiyi üçün belə hal olmayıb. Elə ona görə də, “Ölkədə siyasi təşkilatların sayı niyə çoxdur?”,-deyirdilər”.
Həmsöhbətimiz YAP-a birləşmək istəməmələrinin səbəbini də açıqlayıb:
“Siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası ilə fərqli mövqelərdəyik. Onların düşündüyü, idarə etdiyi sistemi inzibati amillik metodlarına əsaslanan mövcud sistemdir. Bizim düşündüyümüz sistem isə hüquqi dövlətçiliyin əsas prinsipləri olan qanun aliliyi, mühasibat bölgüsünə uyğundur. Azərbaycanda hakimiyyət bölgüsü YAP-ın istəyinə görə belə olmalıdır ki, Mərkəzi İcra Hakimiyyətinin əmri ilə Məhkəmə Hakimiyyəti və Qanunverici hakimiyyət hərəkət etməlidir. Bizim düşündüyümüzə görə isə fərqli olmalıdır. Bu gün Konstitusiyaya görə YAP hakimiyyətdədir. Dövlətin səlahiyyətləri var, vəzifələri yoxdur. Türkiyədə buna deyirlər ki, “Hətta uca Allahımız peyğəmbərimizə bu qədər səlahiyyət verməyib”.

Oxşar xəbərlər