Prezident YAP-a rəhbər şəxslər təyin etdi - SƏRƏNCAM
5-03-2021, 16:56
223

Prezident YAP-a rəhbər şəxslər təyin etdi - SƏRƏNCAM

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bir neçə təyinat həyata keçirib.
Dövlət başçısının sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Qeyd edək ki, yeni struktur islahatlarına əsasən, YAP-da İcra katibliyi Mərkəzi Aparatla əvəzlənib. YAP-ın icra katibi Əli Əhmədovun yerinə, həmin səlahiyyətləri Tahir Budaqov həyata keçirəcək.

Oxşar xəbərlər