Cəmiyyət
5-03-2021, 18:26
161
Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənclər torpaqlarımızı azad etdi" - Prezident
Bu reallığı biz yaratmışıq və mənəvi hazırlıq həlledici rol oynayıb. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi.
Bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında səsləndirib.
Dövlətimizin başçısı deyib: “Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişib, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”.