"TikTok"dan ən çox pul qazananlar açıqlandı
13-08-2020, 10:59
265

"TikTok"dan ən çox pul qazananlar açıqlandı

Amerikanın Forbes jurnalı TikTok sosial şəbəkəsindən ən çox qazanan şəxslərin siyahısını hazırlayıb.
Bakıtv.az xəbər verir ki, siyahıda 1-ci yeri ABŞ-ın Luiziana ştatından olan 19 yaşlı rəqqasə Edison Rey İsterlinq tutub. 
O, 1 il ərzində 54 milyon izləyici toplayıb və bununla 5 milyon dollardan çox qazanc əldə edib.
E.Rey TikTok sayəsində American Eagle geyim istehsalçısı və Spotify internet xidməti ilə müqavilələr bağlayıb.
İkinci və üçüncü yerlərdə isə Los-Ancelesdən olan Çarli (4 milyon dollar) və Diksi D Amelio (2,9 milyon dollar) bacıları qərarlaşıblar. (TED)

Oxşar xəbərlər