Paytaxtda musiqi məktəbi də koronavirusa görə bağlandı
10-03-2021, 15:57
159

Paytaxtda musiqi məktəbi də koronavirusa görə bağlandı

Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin distant formada keçirilməsi qərara alınıb.
Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.
 
Dərslər iki həftəlik distant formada davam etdiriləcək.
Qeyd edək ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən daha beş məktəb COVID-19-a görə bağlanıb. 

Oxşar xəbərlər