Cəmiyyət
11-03-2021, 12:16
147
YAP-da Qadınlar Şurası ləğv edilir - Yeni struktur yaradılır
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.
Partiyadan bildirilib ki, Qadınlar Şurasının ləğv edilməsi ilə bağlı qərar partiyanın VII növbədənkənar qurultayında verilib.
Qadınlar Şurasının yerinə YAP-da yeni struktur yaradılacaq, bu strukturun şöbə kimi fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
Xatırladaq ki, YAP-ın VII qurultayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova YAP Qadınlar Şurasının sədri seçilib. Ondan əvvəl isə Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva olub.