Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
15-03-2021, 11:15
147

Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi

112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir. 
Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.

Oxşar xəbərlər