Cəmiyyət
15-03-2021, 17:33
164
Bakıda toy keçirmək istədilər, polis basqın etdi - VİDEO
Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.
Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.