Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK - Aprelin 1-dən qüvvəyə minəcək
16-03-2021, 16:09
154

Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK - Aprelin 1-dən qüvvəyə minəcək

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.
Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-dən qüvvəyə minəcək.
“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır... İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, - qurumdan bildirilib.

Oxşar xəbərlər