Cəmiyyət
18-03-2021, 14:29
186
DYP bu Dövlət Komitəsini cərimələdi
Dövlət Yol Polisi (DYP) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi barəsində inzibati qaydada protokol tərtib edib.
Tərtib edilən protokol baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Komitə İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.