Azərbaycanda "Britaniya ştammı"na yoluxanların kimliyi AÇIQLANDI
18-03-2021, 16:34
143

Azərbaycanda "Britaniya ştammı"na yoluxanların kimliyi AÇIQLANDI

İndiyədək Azərbaycanda “COVID 19”-un "Britaniya ştammı"na və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun "Britaniya ştammı" aşkarlanıb.
Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.

Oxşar xəbərlər