Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlara müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib:
“Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə isə möhkəm can sağlığı arzu edirik”.