Bakıda 600 manata səməni satılır + Video
19-03-2021, 10:59
153

Bakıda 600 manata səməni satılır + Video

Novruz bayramının bir çox atributları var. Əsas atributlardan biri də səmənidir. Novruz xonçasını səmənisiz təsəvvür etmək demək olar ki, qeyri-mümkündür. Odur ki, bayram alış-verişinə çıxan hər kəs bayram süfrəsinin bəzəyi sayılan səmənini almamış evə getmir. Bazarlarda isə, alıcıların bu tələbatı artıqlaması ilə ödənilir. İndi bazarlarda istənilən formada, istənilən ölçüdə səməni tapmaq mümkündür. Necə deyərlər, təki cibin dolu olsun. 
Bir vaxtlar boşqablarda bir ovuc buğda ilə cücərtdiyimiz səməni indi Novruz bayramının ən bahalı elementinə çevrilib.
“Xəzər xəbər” satışda əhaliyə təqdim edilən səmənilərin qiyməti ilə bağlı süjet hazırlayıb. Satıcıların sözlərinə görə, səmənilərin qiyməti 50 qəpikdən 50 manata qədərdir. Onlardan biri bildirib ki, hətta 600 manata da səməni satıb. Bu isə xüsusi sifarişlə hazırlanıb.
Buğdanın 1 kiloqramı 70-80 qəpik olduğu halda, səmənilərin qiymətinin olduqca baha olması hər kəsi təəccübləndirib.
Satıcılar qeyd edib ki, fbir səmənin hazır bəzəkli forması 18-20 manata başa gəlir. Lakin alıcılar daha çox 50 qəpik və 2 manat aralığında olan səmənilərə üstünlük verirlər.
Həmin süjeti təqdim edirik:

Oxşar xəbərlər