Ramiz anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edib
19-03-2021, 11:38
147

Ramiz anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edib

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.
Bakıtv.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu haqda mərhumun yaxın dostu və həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını deyib.
Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:
“Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi”.

Oxşar xəbərlər