Prezident xəstəliyi olan xarici vətəndaşı əfv etdi
19-03-2021, 12:33
156

Prezident xəstəliyi olan xarici vətəndaşı əfv etdi

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
Əfv olunanlar arasında Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirli bilinən Kamerunlu Tuani Alfonso da var.
O törətdiyi cinayətə görə 7 illik həbs cəzasına məhkum edilib. Xarici vətəndaş 5 il məhkumluq həyatı yaşadıqdan sonra əfv edilib.
Qeyd edək ki, o, böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Oxşar xəbərlər