DYP ləğv edilən bankı cərimələdi
19-03-2021, 12:39
163

DYP ləğv edilən bankı cərimələdi

Dövlət Yol Polisi (DYP) "Amrahbank" ASC barəsində inzibati qaydada protokol tərtib edib.
Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Bank İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilib.

Oxşar xəbərlər