“Gəncə Maşınqayırma Zavodu” rəhbəriyindən işçilərə Novruz "sürpriz"i - Kütləvi ixtisar...
22-03-2021, 17:27
191

“Gəncə Maşınqayırma Zavodu” rəhbəriyindən işçilərə Novruz "sürpriz"i - Kütləvi ixtisar...

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Gəncə Maşınqayırma Zavodu” MMC-nin “Qızılbaş” ləqəbli baş direktoru Rasim Hüseynov işçiləri kütləvi şəkildə işdən çıxarıb.

Zavodun 20 işçisi üzləşdikləri vəziyyətlə bağlı ölkə başçısı İlham Əliyevə ŞİKAYƏT ƏRİZƏSİ ünvanlayıblar.

Həmin şikayət ərizəsini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Preizdenti möhtərəm cənab İlham Əliyevə Kütləvi şəkildə işdən azad edilən Gəncə şəhər sakinləri tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Möhtərəm cənab Prezident, bildiririk ki, biz 20 ildir ki, Аzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Gəncə Maşınqayırma zavodunda işləyirdik.Ancaq bu günlərdə bizə xəbərdalıq bildirişi göndərilib və qeyd olunub ki, sizinlə bağlanan əmək müqaviləsinə 1 aprel 2021-ci il tarixdə xitam veriləcək. Diqqətinizə çatdıraq ki, bizim hər birimizin maddi vəziyyəti olduqca aşağıdır və demək olar ki, ailəmizin minimum ehtiyaclarını belə ödəyə bilmirik. Belə olan halda isə bizi pandemiya dövründə işdən azad edirlər. Sizin xüsusi tapşırığınıza görə pandemiya dövründə və sərtləşdirilmiş karantin vaxtı işçilərin işdən azad olunması yolverilməzdir. Amma görünən odur ki, nə “Gəncə Maşınqayırma zavodu” MMC, nə də Müdafiə Sənayesi Nazirliyi bu tapşırığınızı nəzərə almaq fikrindən uzaqdır. Möhtərəm cənab Prezident, onu da diqqətinizə çatdıraq ki, əslində burada bizim əmək hüquqlarımız da pozulur. Çünki bizi əvəllər dəvət edib guya iş yerimiz ixtisara düşüb adıyla könüllü olaraq ərizə yazdırmışlar.Həm də xahiş etmişik ki, öz ərizəmizə uyğun olaraq işdən azad edin. “Gəncə Maşınqayırma zavodu” MMC-nin direktoru Rasim Hüseynov bizimlə Аzərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Mədət Quluyevin adından hədə dili ilə danışır. O zaman sual yaranır. Əgər bizimlə bağlanmış əmək müqaviləsinin müddəti bitirsə, niyə Rasim Hüseynov yenidən 40 nəfər öz qohum-əqrabasını işə götürüb? Niyə həmin müqaviləyə rəsmi qaydada xitam verilmir? Niyə bizə göndərilmiş xəbərdalıq bildirşində əmək məcəlləsinin maddəsi konkret göstərilməyib? Adətən, ixtisarlar zamanı hansı işçilərin işdən çıxarılacağına müdiriyyət qərar verir. Nəzərə almaq lazımdır ki, rəhbərlik seçim edərkən, Əmək Məcəlləsinə uyğun davranmalı, işdə qalma üstünlüyü olan şəxsləri qanunun tələblərinə əsasən, müəyyən etməlidir.

Əmək Məcəlləsinin 78—ci maddəsinə görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini isə işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: -şəhid ailəsinin üzvlərinə; -müharibə iştirakçılarına; -əsgər və zabitlərin arvadına (ərinə); -öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; -həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; -xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; -kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Möhtərəm cənab Prezident, bir daha qeyd etmək istəyirik ki, bizim yaşayış səviyyəmiz olduqca aşağıdır, ailəmizi dolandırmaqda çox çətinliklərə üzləşirik. Xəstəliklərin tüğyan etdiyi bir vaxtda ailə üzvlərimizi elementar qida ilə təmin edə bilmirik. Belə olan halda isə bizi aldığımız minimum əmək haqqından da məhrum edirlər. Bəs biz bu çətin dönəmdə, insanların yaşamaq uğrunda mübarizə apardığı bir vaxtda ailəmizi, xəstələrimizi, azyaşlı övladlarımızı necə dolandıraq??? Möhtərəm cənab Prezident, ona görə Sizdən xahiş edirk ki, yuxarıda sadaladıqlarımızı, üzləşdiyimiz çətinlikləri və sözün əsl mənasında ailəmizin ağır vəziyyətini nəzərə alaraq bizim işə bərpa olunmağımız üçün müvafiq qaydada göstəriş verəsiniz. Biz heç bir yüksək vəzifəli məmura inanmırıq, onların 90 faizi dövlətimizi aldatmaqla məşğuldur. Həm xalqımızın, həm də bizim və ailə üzvlərimizin ümidi yalnız Sizədir…

Gəncə Maşınqayırma zavodu Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 462 nömrəli Fərmanına əsasən Аzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.Məlumat üçün qeyd edək ki, Rasim Hüseynov 15 yanvar 2020-ci il tarixdə Müdafiə Sənayesi Nazirliyinə məxsus “Gəncə Maşınqayırma Zavodu” MMC-nin baş direktoru vəzifəsinə təyin edilmişdir.Hələ də tikintisi yarımçıq qalan Gəncə penitensiar kompleksinə əvvəllər rəhbərliyi Rasim Hüseynov edirdi.Təqaüddə olan sabiq polis əməkdaşı olan bu şəxsin “Gəncə Maşınqayırma Zavodu” MMC-yə baş direktor təyinatı ilin – günün bu vaxtı biabırçılıqdır.Ölkədə bu qədər gənc mütəxəsisslərin olduğu bir vaxtda hərbi sənaye zavoduna bu “polis” əməkdaşı hansı töhfələri verə bilər? Adamın bu günki dünyan maşınqayırma sənayesində baş verən texnoloji prosesslərdən xəbəri varmı?

Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində yaş senzi ilə bağlı ixtisarlar gedən bir dönəmdə “71” yaşlı Rasim Hüseynovun özü niyə ixtisara salınmır???

Əvvəlcədən dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə, Mamedov Sabir Qədim oğlu

Dünyanınsəsi.Az

Oxşar xəbərlər