Cəmiyyət
24-03-2021, 12:32
141
Bakıda qəza: Küçələri su basdı - VİDEO
Binəqədidə su borusu partladı.
Oxu.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.
Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:
“Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.
Həmin görüntüləri təqdim edirik: