Qaxa güclü dolu yağdı - FOTOLAR
24-03-2021, 20:28
235

Qaxa güclü dolu yağdı - FOTOLAR

Qax rayonunda hava şəraiti kəskin dəyişib.
Bakıtv.az “Report”a istinadən xəbər verir ki, rayonun İlisu kəndinə dolu yağıb.
Təxminən, 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.
Kənd sakinləri "Report"a bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.
Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1 400 metr yüksəklikdə yerləşir.
Qaxa güclü dolu yağdı- FOTOLAR

Qaxa güclü dolu yağdı- FOTOLAR

Qaxa güclü dolu yağdı- FOTOLAR


Oxşar xəbərlər