Bu ərazilərdə qaz kəsildi
29-03-2021, 17:28
158

Bu ərazilərdə qaz kəsildi

Mart ayının 29-da saat 15:50 radələrində "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.
Qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb. Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.

Oxşar xəbərlər