Daha bir müəllim koronavirusdan vəfat etdi - FOTO
31-03-2021, 11:14
148

Daha bir müəllim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.
Bakıtv.az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.
N. Hacıyeva Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi və onun çalışdığı təhsil müəssisəsi ötən gündən distant təhsilə keçib.
Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.

Oxşar xəbərlər