Tanınmış jurnalistə ATV-də yüksək vəzifə verildi
1-04-2021, 11:09
143

Tanınmış jurnalistə ATV-də yüksək vəzifə verildi

Əməkdar jurnalist Səadət Məmmədova CBC TV-nin Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsindən ayrılıb.
O, bundan sonra ATV-də fəaliyyət göstərəcək. S.Məmmədova ATV prezidentinin informasiya yayımı üzrə müşaviri təyin edilib.
Qeyd edək ki, CBC TV 2021-ci ildən yeni yayım konsepsiyasına keçib. Telekanal yalnız bir dildə - rusca yayımlanır. Azərbaycan dilində xəbərlərin və verilişlərin yayımı dayandırılıb.

Oxşar xəbərlər