Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
7-04-2021, 17:17
168

Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi

Müdafiə Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib.
Bakıtv.az “unikal.org”a istinadən xəbər verir ki, nazirliyin Hüquq Şöbəsinin polkovniki Rövşən Rəsulzadə koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, mərhum polkovnikin bir müddət öncə verdiyi “COVID-19” testinin nəticəsi pozitiv çıxmışdı və müalicə alırdı.

Oxşar xəbərlər