Prezident İlham Əliyev Türkiyə səfirini qəbul etdi
10-04-2021, 10:56
145

Prezident İlham Əliyev Türkiyə səfirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Prezident İlham Əliyev səfir Erkan Özorala Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni təqdim edib.

Oxşar xəbərlər