Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
17-08-2020, 13:15
295

Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi Dövlət və Tədbirlər proqramlarında istifadə olunan dərman vasitələrinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Bakıtv.az "Report"a istinadən xəbər verir ki, tenderin qalibi “Avromed Company” QSC-dir.
Qalib şirkətə 5 547,6 min manat ödəniləcək.

Oxşar xəbərlər