Nadir Qafarzadə qayda pozan avtobus sürücüsünün görüntülərini yaydı - VİDEO
13-04-2021, 16:08
158

Nadir Qafarzadə qayda pozan avtobus sürücüsünün görüntülərini yaydı - VİDEO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yayımladığı videosu ilə müzakirələrə səbəb olub.
Sənətçi yol hərəkət qaydalarını pozan avtobus sürücülərini lentə alıb.
"Baxın, avtobuslar qaydaları belə pozurlar. Öz yolları ilə getmir, başqa yola girirlər. Hələ birini çəkə bilmədim, gəlib maşının qarşısına keçdi. Bu cür qəza vəziyyəti yaradırlar. Sürücülər bir şey edəndə cərimə yazılır. Bu avtobusun bir sahibi, onları cərimələndirən şirkət yoxdur? Baxın, bu 38 nömrəli avtobusa",- deyə Nadir Qafarzadə qeyd edib.



Oxşar xəbərlər