Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi
15-04-2021, 15:52
167

Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi

Bakı Ali Neft Məktəbinin (BANM) azərbaycanlı məzunu bu təhsil ocağının pakistanlı tələbəsi ilə ailə həyatı qurub.
BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kursunda təhsil alan pakistanlı tələbə Masuma Rizvi ilə nikaha girib.
Gənclərin nikahı bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydə alınıb.
Müqəddəs Ramazan ayında baş tutan bu nikah mərasimində BANM-ınrektoru Elmar Qasımovla Pakistanın ölkəmizdəki səfiri Bilal Haye şahid qismində iştirak edib. 

Oxşar xəbərlər