Yazgül Abdiyeva üçün özəl gün...
17-04-2021, 05:30
536

Yazgül Abdiyeva üçün özəl gün...

Bu gün tanınmış ziyalı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi "Elmi-məlumat, tədris və təşkilati-metodik" bölmənin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, ARVO (The Association for Researchin Vision and Ophthalmology) Oftalmologiya assosiasiyasının üzvü, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva xanımın ad günüdür. Vətəndaşı olduğu ölkəsinə, elinə-obasına bağlılıq, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yorulmadan çalışmaq, Şəhid ailələrinə, Qazilərə, ehtiyacı olan ailələrə, yaradıcı qələm adamlarına, istedadlı gənclərə  göstərdiyi diqqət və qayğı Yazgül xanımın çoxşaxəli fəaliyyətinin ana xəttini təşkil edir. Qəzetimiz adından Yazgül Abdıyeva xanıma uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayırıq! Addımladığınız şərəfli yolda qədəmləriniz uğurlu, üzünüz ağ, könlünüz xoş olsun, Yazgül xanım!

Oxşar xəbərlər