Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır - Statistika
19-04-2021, 10:52
153

Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır - Statistika

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
"Koronavirus.info" xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, bu rayonda koronavirusa yoluxma 14.8 faiz, Xətaidə 13.4 faiz, Yasamalda 12.4 faiz, Sabunçuda 10.9 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Nəsimidə 8.0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 7.0 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.6 faiz,  Pirallahıda 0.5 faiz təşkil edib.

Oxşar xəbərlər