Cəmiyyət
17-08-2020, 17:23
251
Peşə təhsili sistemində baş verənlərdən Təhsil Nazirliyinin və Korrupsiya İdarəsinin xəbəri yoxdur?
Ölkəmizdə peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Təsəvvür edirsiniz nazirliyin nəzdində az qala nazirlik səviyyəsində Dövlət Agentliyi.
Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir. Çünki ölkə başçısı gözəl bilir ki, ali təhsillə yanaşı müasir dövrdə ixtisas-peşə yönümlü işlərə daha ciddi ehtiyac var. Yəni ölkə rəhbərliyi Azərbaycanın gələcək prioritetlərini dəqiq müəyən edir, yüksək səlahiyyətli qurum yaradır və üstəlik bu istiqamətdə dövlət vəsaiti ayırır. Qətiyyətlə deyə bilərəm ki, çox məsuliyyətsiz yanaşıblar. Peşə liseylərinə direktor təyinatı açıq “bazar prinsipi”nə söykənir. Al-ver. Buna görə də peşə liseylərinin rəhbərləri dövlətin bu sahəyə qayğısını və ayırdığı vəsaiti öz şəxsi maraqları üçün istifadə edir, hətta qanunsuzluqlara imza atmaqdan çəkinmir, bəzi hallarda cinayətə yol verirlər. Lisey direktorları liseyin balansında olan təlim avtomobilərini öz şəxsi işləri üçün qeyri-qanuni istismar edir, itismara tam yararsız avtomobillərə guya sürücü işə qəbul edilir, sürücü heç vaxt işə gəlməyir onun maaşı mənimsənilir, işə çıxmayan gözətçilərin maaşı mənimsənilir, fəhlə ştatına götürülən şəxsin maaşını kimsə alır, qanunsuz olduğu halda lazımi iş təcrübəsi və ali təhsili olmayanlara dərs saatı verilir və s.
Görəsən, bütün bunlardan biz sadə qələm sahiblərinin xəbəri olduğu halda Təhsil Nazirliyinin və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xəbəri yoxdur ? Bax əsas problem budur.
Ardı var...