Cəmiyyət
22-04-2021, 11:58
158
Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi
Sabiq millət vəkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri Hüseynbala Mirələmov bu gün universitetdəki vəzifəsindən azad olunub.
Bu barədə ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumat verib:
"O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub".
Qeyd edək ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsində çalışırdı.