Oğlunun ad gününü qazilərlə keçirən qadından ŞOK ADDIM: Söz verib 5000 manat aldı, sonra isə... - FOTO
22-04-2021, 16:43
249

Oğlunun ad gününü qazilərlə keçirən qadından ŞOK ADDIM: Söz verib 5000 manat aldı, sonra isə... - FOTO

Azərbaycanda şirkət rəhbəri olan Mətanət Süleymanzadə adlı qadın məktəbə müəllimə düzəltmək adı ilə vətəndaşdan 5000 manat pul alıb.
Bu barədə Sonxeber.az-a həmin qadın tərəfindən aldadılan Lalə Həsənova bildirib.
 
Lalə Həsənova söyləyib ki, keçən ilin sentyabrında Mətanət Süleymanzadə həyat yoldaşından onu məktəbdə müəllimə kimi işə düzəltmək adı ilə pul alıb:
"Həyat yoldaşım Mətanət Süleymanzadəyə məni məktəbə müəllimə kimi düzəltməsi üçün 5000 manat pul verib. Təxminən 5-6 ay özünü elə apardı ki, guya işə düzəldir. Amma alınmadı. Sonra biz başa düşdük ki, bu, yalançıdır. Onun ad və soyadını internetdə axtarışa verən zaman onun haqqında yazılan məlumatları gördük.
Bu qadın dələduzluq maddəsi ilə saxlanılıb. Müxtəlif adlarla guya şirkətləri olub. Biz biləndə ki, onun belə dələduzluqları var, pulumuzu tələb etdik. Yanvar və fevral ayından pulumuzu tələb etsək də, vermir. Mətanət Süleymanzadə tək bizdən deyil, başqa insanlardan da işə düzəltmək adı ilə pul alıb. Qəbul edirəm ki, həyat yoldaşım inanmaqla düz eləməyib. Əslində bu qadının sürücüsü həyat yoldaşımın etibarından sui-istifadə etdi. Həyat yoldaşımı əmin elədi ki, hər şey yaxşı olacaq. Bu qadın sürücüsü vasitəsi ilə yaxın bildiyi insanlardan pul yığıb aradan çıxır. Bu gün sürücüsü ilə əlaqəsini kəsib. Sürücüyə də pul borcludur, amma qaytarmır. Biz özümüz Sabunçu rayonunda yaşayırıq. Bununla bağlı polisə müraciət etmişik. 1 aydan çoxdur ki, axtarışdadır. Mətanət Süleymanzadə hər gün hansı restoranlarda və ad günlərində olması ilə bağlı statuslar paylaşır. İnsanların pulunu alıb, şəhərdə rahat gəzir. Sonuncu statusunda da qaziləri başına yığıb və "Oğlumun ad gününü qazilələ keçirtdim" yazaraq özünü reklam edib. Bu qadın xeyriyyə adı ilə o qaziləri və hərbçiləri də aldadacaq. İstəyirəm məsələ ictimailəşsin və qadın tanınsın ki, daha heç kim onun toruna düşməsin. Çünki sonuncu dəfə həyat yoldaşıma demişdi ki, hansısa hərbçi ona pul verməlidir. Guya verən kimi bizim də pulumuzu qaytaracaq. Ona görə də gərək bu qadını hamı tanısın və heç kim aldanmasın. Çünki o, yenə də öz əməllərini davam etdirir və insanlardan pul alır".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oğlunun ad gününü qazilərlə keçirən qadından ŞOK ADDIM: Söz verib 5000 manat aldı, sonra isə... - FOTOOğlunun ad gününü qazilərlə keçirən qadından ŞOK ADDIM: Söz verib 5000 manat aldı, sonra isə... - FOTOOğlunun ad gününü qazilərlə keçirən qadından ŞOK ADDIM: Söz verib 5000 manat aldı, sonra isə... - FOTOOğlunun ad gününü qazilərlə keçirən qadından ŞOK ADDIM: Söz verib 5000 manat aldı, sonra isə... - FOTOOğlunun ad gününü qazilərlə keçirən qadından ŞOK ADDIM: Söz verib 5000 manat aldı, sonra isə... - FOTO

Oxşar xəbərlər