Siraqəddin Cabbarov sakinləri NƏDƏN DİNLƏMİR? - "Ev dağılsa, üç uşaq altında qalacaq..."
23-04-2021, 11:47
204

Siraqəddin Cabbarov sakinləri NƏDƏN DİNLƏMİR? - "Ev dağılsa, üç uşaq altında qalacaq..."

“İllərdir ki, evimiz qəzalı vəziyyətdədir. Hər yerə məktubla müraciət etmişik. 5 il əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna da düşdüm. Onun göstərişi ilə evə nümayəndə göndərdilər, baxış keçirdilər, yalandan bir məktub göndərdilər ki, guya köməklik ediləcək. Ancaq heç bir faydası olmadı”.

DİA.AZ bildirir ki, bunu Sabirabad rayonu, Nizami küçəsindəki 23 saylı evdə yaşayan Günel Ağalarova deyir. Onun sözlərinə görə, yaşadıqları ev 1960-cı illərdə inşa edilib. Bir tərəfdən istismar müddətinin başa çatması, bir tərəfdənsə sel suları evi qəzalı vəziyyətə salıb. İllərdir ki, aidiyyəti qurumlar ailəyə evin təmir-bərpasını söz verib, ancaq hələ də heç bir iş görülməyib. Nəticədə ev dağılmaq üzrədir. Bu isə üç üzvü azyaşlı olan ailənin gələcəyini təhlükə altına alıb.

“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlıda vətəndaşları qəbul edərkən biz də gedib dərdimizi dedik. Məmurlara tapşırıq verdi, o tapşırıq elə orda da qaldı. O görüşün üstündən təxminən iki il keçəndən sonra xəbər tutduq ki, nazir bu dəfə İmişlidə vətəndaşları qəbul edəcək. Getdik, nazirlə görüşməyə imkan vermədilər, bizi müavini Etibar Mirzəyev qəbul etdi. Ancaq yenə də heç nə əldə olunmadı. Dayanmadan prezidentə yazıram, məktublarım araşdırılması üçün Sabirabadın Rayon İcra Hakimiyyətinə göndərilir. Ordansa bildirilir ki, kömək etməyə imkan yoxdur. Bir vətəndaş kimi gördük ki, o boyda nazirin də sözünü sayan olmadı”, - şikayətçi deyir.

Evin təmir-bərpasıyla məşğul olmağa ailənin öz maddi gəliri də yoxdur. Günel Ağalarova deyir, həyat yoldaşı günəmuzd fəhləliklə məşğul olur, qazancı heç ərzağa da çatmır: “Üç azyaşlı uşağın heç qarnını doyura bilmirik. İmkanımız olsa, bu məmurların qapısında düşüb qalmazdıq. Gəlib vəziyyətimizi görsələr, o qədər ağır şəraitdə yaşayırıq ki... Yağış yağanda həyətimiz suyla dolur, yayın cırhacırında həyət ilanla, həşəratla dolu olur. Tez-tez icra hakimiyətinə gedirik, xahiş edirik ki, heç olmasa gəlib çirkab suları çəksinlər həyətdən, deyirlər, mənası yoxdur, biz qurudacağıq, qonşuların çirkab suları təzədən gəlib həyətinizdə yığılacaq. Uşaqlar infeksion xəstəliklər tapır, gələcək üçün xəstə nəsil yetişir. Bizə bir çıxış yolu göstərən yoxdur, uşaqların həyatı üçün çox narahatıq”.

Günel xanımın sözlərinə görə, Kür daşqını zamanı ev suyun altında qalıb. Evə baxış keçirməyə gələnlər əvvəl təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşdüyünü qeyd ediblər. Ancaq sonradan dəyişiklik edərək evin istismar müddəti bitdiyi üçün istifadəyə yararsız olduğunu yazıblar. Bu səbəbdən də təbii fəlakətdən zərər çəkmiş tikililərin siyahısından çıxarılıb və heç bir yardım göstərilməyib.

Siraqəddin Cabbaorv sakinləri NƏDƏN DİNLƏMİR?
Siraqəddin Cabbaorv sakinləri NƏDƏN DİNLƏMİR?
Siraqəddin Cabbaorv sakinləri NƏDƏN DİNLƏMİR?
Siraqəddin Cabbaorv sakinləri NƏDƏN DİNLƏMİR?

Oxşar xəbərlər